Marcom şirkəti bazarı sağlamlaşdırmağa davam edəcək

Marcom Marketinq və Kommunikasiya şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev bu ilin yanvar ayında istifadəyə verdikləri Marketinq Audit xidmətinin 3 aylıq nəticələrini açıqlayıb.

“Bu xidmət növünü yaratmaqda məqsəd bazarın sağlamlaşdırılmasına təkan vermək idi. Biz son zamanlar bazarda fəaliyyəti tənzimlənməyən bir çox agentliklərin və frilans olaraq çalışan fiziki şəxslərin şirkətlərə vurduqları maddi və mənəvi zərəri diqqətə alaraq belə bir marketinq aləti yaratmağı qərara aldıq. Təbii ki, bu marketinq aləti bu istiqamətdə fəaliyyət göstərən bir çox agentlik və frilanslar tərəfindən müsbət addım kimi qarşılanmadı. Xidmətin məqsədini tam anlamayan bəzi bazar iştirakçıları məsələyə müxtəlif don geyindirməyə çalışdılar. Lakin onlar anlamalıdırlar ki, biz hamımız bu bazarı qorumasaq, növbəti illərdə inkişaf etmək istəyən kiçik və orta şirkətlərin yerli marketinq və kommunikasiya şirkətlərinə olan etibarı azalacaq.”

Şirkətin icraçı direktoru şirkətlərin üzləşdiyi çətinliklərə toxunaraq qeyd edib ki, “hazırda vəziyyət uçuruma doğru gedir. Xidmət istifadəyə verildiyi gündən 3 ay ərzində 20-dən çox şirkət bu xidmətlə bağlı müraciət edib. Müraciətlər əsasən veb sayt, SEO optimizasiya, rəqəmsal marketinq xidmətləri üzrə olmuşdur. Məxfilik müqaviləsi əsasında tərəfimizdən aparılan marketinq auditin nəticələri şirkətləri həm maddi, həm də imic baxımından çox pis vəziyyətə saldığının şahidi oluruq. Burada əsas problem sifarişçi və icraçı tərəfin görülən iş haqqında kifayət qədər məlumatlı olmaması, o cümlədən, bir çox şirkətlərin marketinq büdcəsinin limitli olması səbəbindən “ucuz və keyfiyyətli” şüarı fəaliyyət göstərən şirkətlərə müraciət etməsidir. Bu istiqamətdə fəaliyyət göstərən agentliklər və frilanslar məsələnin maddi tərəfinə fokuslandığı kimi işin keyfiyyətinə və imicinə də fokus olmalıdır. Əks halda reanimasiyaya düşən şirkətləri, yenidən palataya köçürmək çətin olacaq”.

Qeyd edək ki, “Maarifləndir ki, müştəri qazanasan” şüarı altında fəaliyyət göstərən Marcom Marketinq və Kommunikasiya şirkəti aprel ayı ərzində bazar iştirakçılarının maarifləndirilməsi istiqamətində daha bir xidməti istifadəyə verməyi planlaşdırır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: