IqtisadiyyatPR-TanıtımTəqdimat

Marcom şirkəti “Evimiz”-ə virtual ev qurdu

İcra etdiyi veb layihələri özəl proqramlaşdırma əsasında hazırlayan Marcom Marketinq və PR şirkəti “Hər şey ev üçün” şüarı altında fəaliyyət göstərən “Evimiz” mağazasının saytının yeni versiyasını istifadəyə verdi.

Minimalizm və Responsivlik

Şirkətin istəklərinə və təqdim etdiyi loqo qaydalarına əsasən sayt minimalist üslubda hazırlanmışdır. İstifadəçilərin gözünü yormamaq üçün saytda 2-3 rəng çalarından istifadə olunmuşdur. Dünyada mobil cihazlardan girənlərin sayının hər ötən gün artdığını nəzərə alaraq sayt responsiv olaraq proqramlaşdırılmışdır.

Funksional Admin Panel

Mağaza yer alan məhsulların fərqli kateqoriya və göstəricilərinin  olduğunu nəzərə alaraq saytın admin paneli şirkət üçün tam funksional formada özəl proqramlaşdırılmışdır. Proqramlaşdırlma zamanı saytın sürəti, daxil olacaq istifadəçilərin çoxluğu, onlayn  ödəniş sistemi ilə bağlı təhlükəsizlik məsələləri tam nəzərə  alınmışdır. Sifarişçi tərəf 95% hallarda Marcom şirkətinə müraciət etmədən belə saytda istənilən redaktələri həyata keçirə bilməsi üçün texniki imkanlar yaradılmışdır. Şirkət tərəfindən saytı idarə edəcək  əməkdaşların hər biri üçün ayrı texniki səlahiyyətlər verilmiş, loqlaşma sistemi quraşdırılmışdır.

SEO Optimizasiya

Marcom şirkəti Sifarişçinin ilkin SEO Optimizasiya işlərini apara bilməsi üçün admin paneldə Meta Title, Meta Description, Açar sözləri üçün hər yaradılacaq səhifədə müvafiq bölmələr ayırmışdır. Bundan əlavə müştərinin saytın google analytics göstəricilərini bir başa izləyə bilməsi admin panelə inteqrasiya olunmuşdur.

İnteqrasiyalar

Sifarişçinin istəyi ilə texniki tapşırıq sənədi əsasında Marcom şirkəti tərəfindən sayta onlayn ödəniş, səbət sistemi və şəxsi kabinet inteqrasiya olunmuşdur. Bundan əlavə sifarişçinin istəyinə əsasən saytda alış-veriş ilə anbarın sinxronlaşdırılması işi də həyata keçirilmişdir. Gələcəkdə daxili kredit və kreditin onlayn ödənilməsi, o cümlədən bonus sisteminin inteqrasiyası da nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Marcom Marketinq və PR şirkəti Azərbaycan və Gürcüstanda 28 marketinq xidməti üzrə  fəaliyyət göstərir. Şirkət növbəti il ərzində daha 3 xidmət və böyük bir platforma bazara təqdim etməyi planlaşdırır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!