CinemaTəqdimatƏyləncə

“QİSASÇILAR: SONSUZLUQ SAVAŞI” BÜTÜNLÜKDƏ IMAX® KAMERASI İLƏ ÇƏKİLMİŞ İLK HOLLİVUD FİLMİ OLDU

IMAX və MARVREL əməkdaşlığının 10 illiyini «QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» blokbasterinin nümayişi ilə qeyd edəcək.

MARVEL kino kainatının bütün personajlarının ilk dəfə olaraq bir araya toplaşdığı «QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» filmi ilk səhnədən tutmuş sonuncuya kimi bütünlüklə IMAX kamerası ilə çəkilmiş ilk bədii Hollivud filmidir. Çəkiliş zamanı ALEXA IMAX kamerasından istifadə olunmuşdur.

Tanınmış rejissorlar öz sənət əsərlərini ərsəyə gətirmək üçün artıq IMAX avadanlığından istifadə etmişlər, məsələn Kristofer Nolan, Rayan Conson, Maykl Mey və Russo qardaşları. Lakin indiyə kimi bu kamerdan istifadə qismən olmuşdur.

Park Cinema kinoteatrlarında MARVEL «QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» filmi geniş 1.9:1 nisbətində nümayiş edilərək bütün ekranda əks olunacaq. Görüntü standard kinozallardan 26% daha çox olacaq. Bu isə daha çox görüntü, maksimal dərəcədə kinoya qərq olma və unudulmaz təəssüratlar deməkdir.

FİLMİ GENİŞ FORMATDA 3 MAY 2018-DƏN ETİBARƏN PARK CİNEMA KİNOTEATRLARINDA İZLƏMƏK MÜMKÜNDÜR.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!