IqtisadiyyatSosialTəqdimatƏn Son

Masallı “ASAN Həyat” kompleksində “Yay festivalı” keçirilib

“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə “Yay festivalı” keçirilib.

Masallı “ASAN Həyat” kompleksində baş tutan testival həm Masallı, həm də digər rayon və şəhərlərdən gələn sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Tədbirdə müğənnilər Sevil və Sevinc bacıları, DJ Roşka və başqaları çıxış ediblər.

“Yay festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!