“Mastercard” Azərbaycan istifadəçilərinə “Disneyland”ə səyahət qazanmaq şansı təqdim edir

Qlobal ödəniş texnologiyaları lideri sayılan “Mastercard”şirkəti Azərbaycanda kart sahiblərinə Parisin sehirli “Disneyland” əyləncə parkına ailəvi səyahət qazanmaq şansı verən möhtəşəm kampaniyaya start verib.

“Mastercard” bu yeni kampaniyası ilə hər ailəyə arzusunu həyata keçirmə imkanı verir. “Priceless Specials” proqramına daxil olan satış və xidmət nöqtələrində “Mastercard” kartları ilə alış-veriş etməklə siz “Disneyland Paris”ə ailəvi səyahət şansı qazanacaqsınız. Bundan başqa, kapmaniyanın digər 5 qalibi “iPhone X” əldə edəcək.

“Biz “Mastercard” olaraq hər zaman ailə ilə keçirilən vaxta böyük önəm vermişik. Bu gün də istehlakçılara “DisneylandParis”ə ailəvi səyahət şansı qazandıran belə bir qiymətsiz imkan təqdim etməkdən böyük məmnuniyyət duyuruq. Eyni zamanda, bu kampaniya bizim Azərbaycan bazarında istehlakçılar qarşısında uzunmüddətli öhdəliyimizi də nümayiş etdirir”, – deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

Qeyd edək ki, mükafat olaraq müəyyən edilmiş səyahət paketinə möhtəşəm vaxt keçirmək üçün lazımi hər şey daxildir: aviabiletlər, “Disney” hotelində dörd nəfərədək (2 böyük və 2 uşaq)2 gecə / 3 gün yerləşmə, hər iki parka giriş biletləri, VİP sürətli keçidlər, yemək, içki və alış-veriş üçün 820 avro dəyərində kuponlar.

Kampaniyada www.mastercard.az  saytında qeyd olunan “Priceless Specials” proqramına daxil olan partnyorlar siyahısındakı satış və xidmət nöqtələrində “Mastercard” və ya “Maestro” kartları ilə ən azı 1 manat məbləğində ödəniş edən müştərilər iştirak edir. Kampaniya 30 noyabr 2018-ci il tarixinədək davam edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: