“Mastercard” və “Bravo” supermarketlər şəbəkəsi birgə kampaniyaya başlayır

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti və ölkəninərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı supermarketlərdən biri olan“Bravo” birgə kampaniyaya start verir.

Kampaniya çərçivəsində “Bravo” supermarketlərində 40 AZN və ya daha yüksək məbləğdə alış-veriş edən “Mastercard” və ya “Maestro” kart sahibləri (eminent bankdan asılı olmayaraq) elə yerindəcə təklif edilən hədiyyələrdən birini əldə edə bilərlər.

Kampaniya “Bravo” supermarketində (F. Xoyski, 14,“Gənclik Mall” – 1-ci mərtəbə) və “Bravo” hipermarketində (Əhmədli qəsəbəsi, Ramiz Quliyev, 4 (köhnə radio zavodu) keçiriləcək.

“Mastercard” və “Maestro” kart istifadəçiləri Müştəri Xidmətləri masasına yaxınlaşıbəməkdaşlara ödəniş qəbzini təqdim edərək təklif edilən hədiyyələrdən birinə sahib ola bilərlər.22 may –  22 iyun tarixlərindəkampaniyadan gündə bir dəfə yararlanmaq şərtilə bütün “Mastercard” kredit və debet və ya “Maestro” debet kart istifadəçiləri faydalana bilərlər.

“Biz öz sahəsində aparıcı brendlərdən olan “Bravo” ilə əməkdaşlıqdan və Azərbaycan istehlakçılarına yeni bir kampaniya təqdim etməkdən məmnununuq.İnnovativ həllər üzrə qlobal şirkət olaraq öz kart sahiblərimizi yeni imkanlar və ən yaxşı alış-veriş təcrübəsi ilə təmin etməyə həmişə şadıq. Sözügedən aksiya istehlakçılara göstərdiyimiz davamlı dəstəyi və yerli bazarın “Mastercard” üçün strateji əhəmiyyətini əks etdirir”, – deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriçvurğulayıb.

Qeyd etmək lazımdır ki, “Bravo” supermarketlərisərfəli qiymətlərlə təzə ərzaq və qeyri-ərzaq məhsullarının geniş çeşidini təklif edir, eyni zamanda, daha geniş keçidlər, şəffaf qiymət siyasəti və sürətli kassalar sayəsində alış-veriş üçün ən əlverişli şəraititəqdim edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: