IqtisadiyyatMobil dünyaTəqdimat

“Mastercard” və “Bravo” supermarketlər şəbəkəsi yeni kampaniyaya başlayıblar

Qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti “Bravo” supermarketlər şəbəkəsi ilə birgə yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində 40 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Hədiyyə almaq üçün “Mastercard” və “Maestro” kartlarının istifadəçilərinə sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir. Kampaniya iyunun1-dən 30-dək davam edəcək və “Mastercard” və ya “Maestro”kartlarının sahibləri aksiyadan gündə bir dəfə yararlana biləcəklər.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar vurğulayıb:«”Mastercard komandası Azərbaycan bazarında uzunmüddətli öhdəlikləri gücləndirmək məqsədilə aparıcı brendlərdən biri olan“Bravo” ilə birgə bu kampaniyanı bir daha keçirməkdən qürur duyur. Bu birgə fəaliyyət, istehlakçıya faydalı alış veriş etmək və qiymətsiz hədiyyələr qazanmaq üçün əla bir fürsətdir. Sözügedən kampaniya istehlakçılara göstərdiyimiz dəstəyi və “Mastecard” üçün Azərbaycan bazarının strateji əhəmiyyətini nümayiş etdirir».

“Bravo” supermarketlər şəbəkəsi əlverişli qiymətlərlə geniş çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları təklif edir.

Kampaniyanın fəaliyyət göstərdiyi supermarketlərin ünvanı: “Bravo Superstore 1” (F. Xoyski küç., 14, “Ganjlik Mall” AVM); “Bravo Superstore 2” (Babək pr. və Nəcəfqulu Rəfiyev küç.,29 kəsişməsində).

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!