“Mastercard”ın rəsmi tərəfdaşı olduğu IV Bankçılıq Forumu keçirildi

6-7 noyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, “Mastercard”ın rəsmi tərəfdaşlığı və Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU – NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı Forum reallaşdırıldı.

“Mastercard”ın Azərbaycan üzrə direktoru Erdem Çakar forumda çıxış edərək şirkətin ölkədə həyata keçirdiyi ən son layihələr barədə məlumat verdi:”Bir neçə gün öncə İqtisad Universitetində “Smart tələbə kartı” adlı məhsulumuzu təqdim etdik. Yeni kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək.Gələcəkdə “Smart tələbə kartı”nın əhatə imkanlarının daha da genişləndirilməsinəzərdə tutulub. Növbəti illərdə bu kartınhəm də orta məktəb şagirdləri üçün tətbiqini də planlaşdırırıq. İnanırıq ki, “Smart tələbə kartı” layihəmiz gənc nəsil arasında nağdsız ödənişlərin stimullaşdırılmasına öz töhfəsini verəcək.“Mastercard” həmçinin bir çox ölkələrin nəqliyyatda ödəniş sistemini Azərbaycana gətirməyi düşünür. Bu, yeni nəqliyyat kartı olacaq. Xidmətin əsas üstünlüyü ictimai nəqliyyatda gedişin bank kartı vasitəsilə ödənilməsidir.”

Hakan Tatlıcı – “Mastercard”ın inkişaf edən Avropa bazarlarında biznesin inkişafı və rəqəmsal ödənişlər üzrə rəhbəri Forumda çıxışı zamanı Azərbaycanda rəqəmsal ödənişlər və tətbiq olunan ən son  innovasiyalar barədə məlumat verdi:”Azərbaycanda kart ödənişlərində post terminalların payı 20% təşkil edir. Ümumi illik rəqəmsal ödəmələrin illik artımı isə 63%-dir. Son illər  Azərbaycanda istifadəyə verdiyimiz innovativ həllərdən biri də “Masterpass”dır. Artıq “Hesab.az” və “E-pul” onlayn ödəniş sistemləri bu həlldən yararlanır. Yeni həllə əsasən, istifadəçilər artıq heç bir kart məlumatı daxil etmədən, onlayn ödənişlərini rahatlıqla reallaşdıra bilirlər.”

Qeyd edək ki, IV Beynəlxalq Bankçılıq Forumu 29 oktyabr – 08 noyabr 2019-cu il tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri” çərçivəsində baş tutdu.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: