Xüsusi ehtiyacı olan xanımlar üçün masterklass proqramın birinci hissəsi yekunlaşıb

26-27 Yanvar tarixlərində Baku Idea Lab, Trio Studio Uşaq Mərkəzi və Ooh La La Cafenin dəstəyi,  BUTA Art  & Sweets, Elevation Partners Club, Frame.az və PostVision ilə tərəfdaşlığı ilə Sosial Biznes Gənclər Mərkəzi xüsusi ehtiyacı olan xanımlar üçün qənnadçılıq üzrə masterklass proqramını təşkil etmişdir. Masterklassın hörmətli təlimçisi, qənnadçılıq üzrə peşəkar usta, Mətanət xanım Hüseynova 15 iştirakçıya ilk gündə şəkərbura və paxlava hazırlanması qaydaları, standartlara uyğun bəzədilməsi və saxlanılması üçün lazımı biliklərlə bölüşmüşdür. Trio Studionun mətbəxində baş tutan masterklassda xüsusi ehtiyacı olan xanımlar bir-birini tanımaqla yanaşı, həmçinin  bir-biri ilə milli şirniyyatların hazırlanması üzrə təcrübəsi ilə bölüşmüşdülər.

Ooh La la Cafedə keçirilən masterklass proqramın ikinci günü isə xanımlar adi, darçınlı kurabiyələrin və mini kekslərin hazırlanması, onların krem, marçipan və müxtəlif üsullarla bəzədilməsi texnikalarını öyrənmişdilər. Mətanət xanım marçipanla göstərdiyi texnikalar xanımlar tərəfindən maraqla qarşılanmışdır.

Sonda 15 xanım iştirakçı sertifikatlarla və “Chocolatier Baku” tərəfindən hədiyyə olunan xüsusi şokoladlarla təltif olunmuşdur.

Bu masterklassın keçirilməsində dəstək olan hər kəsə təşəkkür edirik və yaxın gələcəkdə xüsusi ehtiyacı olan xanımlar üçün yeni masterklasslarla yenidən qarşınızda olacayıq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: