Idman

“Maugli’ ləqəbli çempion

Zabit Mübariz oğlu Səmədov — Gürcüstan’da Azərbaycan’lı ailəsində anadan olmuş, Belarus idmançısıdır.

Zabit Səmədov Gürcüstan’da azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minsk’ə köçmüşdür. O 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunov’un təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır.

1998-ci ildən etibarən o, Minsk’də məşhur klub olan Chinuk GYM də idmanını davam etdirir. O (en: Alexey Ignashov) və (en:Sergei Gur) ilə birlikdə məşqçi Dmitry Piochesky təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur. Hal-hazırda Belarus’da yaşayır.

26 yanvar 2007-ci ildə Fransa’da keçirilən K-1 Rules Kick Tournament 2007 in Marseilles 3 döyüş keçirir və sonuncu döyüşdə Nokout ilə qələbə qazanaraq K-1 Rules Kick Tournament 2007 in Marseilles in birincisi olur.

17 avqust 2007-ci ildə Las Vegas’da keçirilən K-1 World GP-də pozitif nəticə göstərmişdir. O bu yarışda 3 döyüş keçirmişdir:2 döyüşdə qələbə qazanır finalda çox az xal ilə (en:Doug Viney )-ə məğlub olur

26 aprel 2008-ci ildə Səmədov Hollandiya’da keçirilən K-1 World GP 2008 in Amsterdam-da iştirak edir və o bu yarışda da 3 döyüş keçirir.O ilk döyüşündə Doug Viney’dən intiqamını alır sorakı döyüşüdə udur lakin finalda (en:Errol Zimmerman )a məğlub olur

13 iyul 2008 ci ildə Səmədov k-1 in ən məşhur döyüşçülərindən biri olan (en:Ray Sefo ) ilə döyüşür. Bu döyüş Səmədov üçün çox çətin keçir, lakin o bu çətinliyin öhdəsindən gələrək qələbə qazanaır

23 May 2009-cu ildə Zabit Səmədov Polşa’da keçirilən (en:K-1 World Grand Prix 2009 in Łódź,Łódź,Poland) yarışına qoşulur. Səmədov bu yarışda 3 doyüş keçirir və 3 doyüşü də qələbə ilə başa vuraraq yarışın çempionu olur.

Maugli ləqəbi ilə tanınır.

getImage 5L3qDuVekBkPərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!