Baku City CircuitFormula 1Idman

Mauritsio Arrivabene Ferrari-ni tərk edib

İtaliya mətbuatının səhər yaydığı xəbər axşam rəsmən təsdiq olunub – Mauritsio Arrivabene komandanın başçısı vəzifəsindən gedib.

Frame.az F-1.az a istinadən bildirir ki, Ferrari komandası bu barədə rəsmi bəyanat yayaraq elan edib ki, qərar dərhal qüvvəyə minir və Ferrari-nin yeni başçısı Mattia Binotto təyin olunub, Mattia, eyni zamanda, komandanın texniki direktoru postunu da əlində saxlayıb.

Komandanın yaydığı bəyanatda deyilir: “Komandaya dörd il ərzində sadiqlik nümayiş etdirməklə özünü tam işə həsr edən Mauritsio Arrivabene komandadan ayrılır. Qərar şirkətin idarəediciləri tərəfindən uzun müzakirələrdən sonra qəbul edilib – qərar həm Mauritsionun uzunmüddətli şəxsi maraqlarını, həm də komandanın maraqlarını nəzərə alıb.

Ferrari Mauritsioya son illərdə komandanın rəqabətədavamlılığını artırmaq yolunda dəyərli töhfəsinə görə təşəkkür edir. Ona gələcək karyerasında uğur arzulayırıq.

Komandanın başçısı vəzifəsini Mattia Binotto icra edəcək – qərar dərhal qüvvəyə minir. Bütün texniki bölmələr birbaşa Mattiaya tabeçilikdə qalırlar…”

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!