“McLaren”də “Ferrari” komandasını veto hüququndan məhrum etmək təklif olunub

“McLaren” komandasının idman direktoru Andreas Zaydl bəyan edib ki, “Ferrari”nin malik olduğu veto hüququ köhnəlib və yeni Həmrəylik Sazişində qeyd olunmamalıdır. Cari sazişə uyğun olaraq, əgər komandada reqlamentdəki hər hansı dəyişikliklərlə razı deyillərsə, o zaman “Ferrari”nin buna qadağa qoymaq hüququ var.

Frame.az xəbər verir ki, Formula 1 yarışlarının bir mövsümünü belə buraxmayan yeganə komanda olan “Ferrari” bu imkandan çox nadir hallarda istifadə edib. Lakin Zaydl hesab edir ki, veto hüququ ümumiyyətlə mövcud olmamalıdır.

“Bizim mövqeyimiz aşkardır. Hər hansı meydançada bizim maraqlarımızın digər komanda tərəfindən təmsil olunmasını qəbul etmirəm. Fikrimcə, veto hüququ köhnəlib. Ümid edirəm ki, 2021-ci ildən o, daha mövcud olmayacaq”, – deyə “Planet F1” Zaydlın sözlərindən sitat gətirir.

Hazırkı Həmrəylik Sazişinin müddəti 2020-ci il də daxil olmaqla hesaba alınıb. 2021-ci ildən qüvvəyə minəcək yeni reqlament bu il təsdiq olunmalıdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: