İngiltərənin məşhur “M&Co” Geyim brendi Azərbaycanda

Avropanın tanınmış brendləri Bakının ən mərkəzi ticarət küçəsində!

Nizami küçəsində İngiltərənin “M&Co” brend mağazasının açılış mərasimi baş tutub. Mağaza İngiltərənin “M&Co” brendi ilə yanaşı, İtaliyanın  “Carrera”“Invidiauomo”, Almaniyanın “Hattric”“Casamoda”, İsveçin “Amanda Christensen”,  İspanyanın “Dario Beltran”, Hollandiyanın “Yongo”, Moldovanın “Olsa”“Nikita Rinadi”, Yunanıstanın Axel”və.s brendləri özündə birləşdirir.

 Məlumat üçün bildirək ki, bu mağaza İngiltərənin “M&Co” Geyim brendinin Qafqazda açılan ilk mağazasıdır. Mağazadan həm klassik, həm də idman üslubunda qadın, kişi geyim və aksesuarları, çanta və ayaqqabılar almaq mümkündür. 1000 kv. m sahəyə malik olan və özündə bir çoxbrendgeyimləri birləşdirən mağaza, Optimal Şirkətinin Nizami küçəsində yerləşdiyi binanın 2-ci mərtəbəsindədir.

15 iyun tarixinə təsadüf edən açılış mərasimində,Bakı sakinləri,tanınmış simalar,iş adamları və media nümayəndələri iştirak edərək həm əyləndilər, həm də zövqlə alış-veriş etdilər.

Qeyd edək ki, açılış münasibəti ilə iyun ayının 30-dək Mağazada bütün geyimlərə 30% ENDİRİM tətbiq edilməkdədir. Münasib qiymət, yüksək keyfiyyət, dəbli və fərqli geyinməyi sevən hər kəs Nizami küçəsi 76 ünvanında (keçmiş “Torqovaya”) yerləşən mağazaya üz tuta bilər.

Frame.az

 

 

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: