MC&S-in media monitorinq qrupu 01-31 may 2017-ci il dövrü üzrə məlumatların hesabatı

MC&S-in media monitorinq qrupu  01-31 may 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1192 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (4008 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (234 məlumat),  ali məktəblər arasında BDU (1681  məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior (301 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/?fref=ts

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: