Ən Son

Media Consulting and Services  media monitorinq qrupu- hesabat

Media Consulting and Services  media monitorinq qrupu  01-28 fevral 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  12 Televiziya kanal, 13 radio dalğası; 55  çap  və  600 on-line media daxil olmaqla  680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumların ilk beşliyini təqdim edirik.

Mobil rabitə

Azercell 1598

Nar mobile  1297

Bakcell 689

Bank sektoru

ABB    2002

Kapital Bank 943

Paşa Bank    743

Accessbank  520

Bank Respublika 508

Sığorta sektoru

Azsıgorta 230

Atəşgah 159

Atəşgah həyat 80

PAŞA 77

AXA MBASK 65

Ali məktəblər

BDU   3591

UNEC 1424

ADU   1114

ATU    860

BANM 700

Hotel

Excelsior 145

Landmark 131

Ambassador 111

JW Marriott Absheron  61

Hilton  55

Qeyd edək ki, aylıq nəticələr  agentliyin facebook, twitterweb səhifələrində də yerləşdirilib

Əlavə etmək istərdik ki, elan olunan statistika  yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər office@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.

Media Consulting and Services Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimizin əsas istiqamətləri – media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Media Consulting and Services hazırda bir çox yerli və xarici brendlərə peşəkar xidmət göstərir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!