Mobil dünyaTəqdimat

Media Consulting and Services ötən ilin son hesabatını təqdim edib

Media Consulting and Services 01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.
Qeyd edək ki, media monitorinq qrupu 10 Televiziya, 55 çap və 550 on-line media daxil olmaqla 615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:
1. Banklar 27890
2. Universitetlər 15174
3. Mobil Rabitə 2321
4. Sığorta şirkətləri 1443
5. Otellər 863
Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:
Banklar: 27890 ədəd ad hallanan yazı
1. ABB -1753
2. Dəmir Bank -1444
3. Kapital Bank – 969
Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında 25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi ətrafında cərəyan edir. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.
Universitetlər: 15174 ədəd ad hallanan yazı
1. BDU – 1601
2. UNEC – 1130

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!