IqtisadiyyatTəhsilTəqdimatƏn SonƏn Son

MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyunun 21-də ölkəmizdə səfərdə olan “Aljazeera” Media İnstitutunun nümayəndə heyəti ilə görüşüb.

MEDİA-nın mətbuat xidmətindən bildiriblər ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

İcraçı direktor Əhməd İsmayılov Media Agentliyinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Vurğulanıb ki, belə səfərlərin təşkili tərəflər arasında əməkdaşlıq platformasının yaradılmasına töhfə olacaq. İkitərəfli dialoqun Azərbaycanda yeni media strategiyasının müəyyən olunmasında əhəmiyyəti qeyd edilib.

“Aljazeera” Media İnstitutunun Yeni layihələr üzrə meneceri Montaser Maray Azərbaycana səfərdən məmnunluq ifadə edərək, Media Agentliyi və “ADA” Universitetinin İxtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə keçirilən silsilə seminarların əhəmiyyətinə toxunub. Bildirilib ki, media sahəsində mövcud problemlərə fərqli perspektivlərdən yanaşmaq üçün təcrübə mübadiləsinin aparılması vacibdir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, gələcəkdə ikitərəfli səfərlərin təşkili planlaşdırılır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!