FutbolIdman

Media nümayəndələri üçün akkreditasiya prosesi davam edir

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası Finalı üçün akkreditasiya prosesinə start verilib. UEFA qaydalarına əsasən, qeydiyyatdan keçmək istəyən bütün KİV nümayəndələri əvvəlcə UEFA media bazasına öz məlumatlarını daxil etməlidirlər. Akkreditasiya üçün müraciət bütün UEFA tədbirləri – UALF 2019 və AVRO 2020 daxil olmaqla – yalnız bir dəfə keçirilir.

UEFA Media bazasına məlumatları necə daxil etməli ?

Media – Fotoqraflar, yazılı mətbuat və video jurnalistlər

Medianın https://www.uefa.com/MultimediaFiles/Download/EuroExperience/uefaorg/Accreditation/01/68/44/25/1684425_DOWNLOAD.pdfvasitəsilə müraciət etmələri tələb olunur.

Təqdim olunması tələb olunan sənədlər aşağıdakılardır:

Etibarlı press vəsiqə

Son nəşrlər

Pasport/şəxsiyyət vəsiqəsinin surəti

Yayım hüququ olmayan radio yayım şirkətləri

UEFA media bazasından qeydiyyatdan keçmək istəyən YHO radio təşkilatları elektron poçt vasitəsilə müraciət edə bilərlər.

Yayım hüququ olmayan Televiziya yayım şirkətləri

UEFA media bazasından qeydiyyatdan keçmək istəyən YHO Televiziya təşkilatları elektron poçt vasitəsilə müraciət edə bilərlər.

UEFA Avropa Liqası Final oyununun akkreditasiya prosesi üçün necə müraciət etmək olar?

Bir dəfə UEFA Media bazasında qeydiyyatdan keçmiş şəxslər tədbirlə əlaqədar akkreditasiya üçün müraciət edə biləcəklər. Eyni zamanda, onlar xüsusi media qurumlarına və onların rolu ilə bağlı fəaliyyətlərə giriş əldə etmək üçün müraciət edə biləcəklər. Bu girişlər media rezervasiyaları (parkinq üçün keçid, media tribunasındakı oturacaq, meydançada çəkilən şəkil mövqeləri, MD mətbuat konfransı və s.) adlanır. Həm akkreditasiya, həm də müvafiq media rezervasiyalarının tələb olunması vacibdir. 13 may tarixi media və YHO yayım şirkətlərinə platformaya müraciət üçün son gün olacaq. Gec edilmiş müraciətlər qəbul olunmayacaq.

Akkreditasiya üçün müraciətlərin nəticəsi barədə bildirişlər son müraciət tarixindən təxminən bir həftə sonra elektron poçt vasitəsilə göndəriləcək.

Frame.az

Ülviyyə

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!