Azərbaycanın ədliyyə sahəsinə dair elmi məqalə yüksək nüfuzlu jurnalda nəşr edilmişdir

Gənc tədqiqatçı İnqilab Şahbazov və Elsevər Muradov Azərbaycan elmində yeniliyə imza atmışdır. Onların birlikdə qələmə aldığı ”Excessive use of pre-trial detention in Azerbaijan: Examination of the causes” adlı məqaləInternational Journal of Crime, Law and Justice elmi jurnalında dərc edilmişdir. Jurnal hüquq və kriminologiya elmləri sahəsində yüksək nüfuza malikdir. Belə ki, Hollandiyada yerləşən və britaniyalı baş redaktorun idarə etdiyi bu jurnalın impakt faktoru 0,658 (5-year impakt faktor isə 0,724) təşkil edir.

Yüksək nüfuzlu jurnallarda Azərbaycanın ədliyyə sistemi barədə ilk kriminoloji elmi-tədqiqat iş kimi tarixə düşmüşdür.

Məqalədə həbs qətimkan tədbirinin normadan artıq istifadəsi, bunun səbəbləri və həlli istiqamətində Azərbaycanda və bir sıra xarici ölkələrdə atılan addımlar barədə bəhs edilir.Daha dəqiq olaraq, məqalədə aşağıdakı məsələlər müzakirə edilir.

Azərbaycan və bir sıra xarici ölkələrdə həbs qətimkandan həddən artıq istifadənin səbəbləri
– Azərbaycan və bir sıra xarici ölkələrdə həbs qətimkandan həddən artıq istifadənin problemləri
– alternativ cəza və qətimkan tədbirlərinin Azərbaycan kontekstində istifadəsi
-alternativ cəza və qətimkan tədbirlərinin Azərbaycan kontekstində problemləri
–  cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinə dair Azərbaycanda görülən və görüləcək işlər

Bu elmi tədqiqat işinin yerli və xarici elmi ictimaiyyət üçün bir sıra töfhələri mövcuddur. Əvvəla, Azərbaycanda alternativ cəza tədbirlərinin istifadəsinə və problemlərinə dair Azərbaycan dilində material demək olar, mövcud deyildir ki, bu da araşdırmaçılar, hüquq elmləri üzrə təhsil alan tələbələr və ümumiyyətlə, hüquq-mühafizə sahəsində çalışanlar üçün problem hesab edilir. Yalnız azsaylı xarici qeyri-hökümət təşkilatlarının bu barədə apardıqları kiçik şkalalı, əsasən, hüququn digər sahələrinə dair hesabatlarında alternativ cəza tədbirlərinin istifadəsi və problemləri barədə müəyyən, ancaq məhdud mülahizələrə rast gəlmək olar. Hesabatların ingilis dilində olması isə həmin materialları ingilis dilini kifayət qədər yüksək səviyyədə bilməyən Azərbaycan vətəndaşları üçün əlçatmaz edir. Məhz bu nöqteyi-nəzərdən, bu elmi tədqiqat işi Azərbaycan elmi ictimaiyyəti üçün yenilik sayılır.

Xarici elmi ictimaiyyət üçün də apardığımız elmi tədqiqat işinin əhəmiyyəti var. Belə ki, kriminologiya və hüquq ədəbiyyatına nəzər yetirdikdə, alternativ cəza tədbirlərinin istifadəsinə və problemlərinə dair araşdırmaların əksəriyyətinin inkişaf etmiş (Böyük Britaniya, ABŞ, Almaniya və s.) və etməkdə olan bəzi ölkələri (Türkiyə, Şərqi Avropa dövlətləri və s.) əhatə etdiyini görə bilərik. Sosial, iqtisadi, mədəni, tarixi və qanuni xüsusiyyətlərinə görə adıçəkilən ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənən Azərbaycanın ədliyyə sistemi haqqında isə hər hansı kriminoloji araşdırmaya (ingilis dilində) demək olar ki, rast gəlinmir. Məhz bu prizmadan yanaşaraq hesab edirik ki, araşdırmamız qlobal elmi ictimaiyyətə Azərbaycanın ədliyyə sistemi barədə müəyyən informasiya təmin edərək, bu istiqamətdə mühüm rol oynayacaq.

Hazırda bir neçə kriminoloji və sosioloji araşdırma layihələri aparan İnqilab Şahbazov yaxın gələcəkdə daha bir neçə məqalənin yüksək nüfuzlu jurnallarda nəşr edilməsini hədəfləyir.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: