“Mercedes” Lüis Hemiltonla müqavilənin müddətini vaxtından qabaq uzatmağa hazırdır

Britaniya mətbuatının yaydığı məlumata görə, “Mercedes” müqavilənin müddətini indiki mövsüm başa çatandan sonra uzatmağa, 2021-ci ildə pilotun məvacibini ildə 40 milyon funt sterlinqə qədər artırmağa hazırdır.

Frame.az xəbər verir ki, “Mercedes”in icraçı direktoru Toto Volff deyib: “Nə qədər ki, biz Lüisi yürüşdə qalib gəlməsinə imkan verən maşınla təmin edirik, nə onun başqa komandalara baxmaq, nə də bizim başqa pilot axtarmaq üçün səbəblərimiz var.

Bu illər ərzində qurduğumuz münasibətlər “Mercedes” komandası üçün mühüm amildir, onun real aktividir. Buna görə də Lüisə dedik ki, mövsümü yüksək əhval-ruhiyyədə başa çatdırmaq, nəfəsimizi bir qədər dərəndən sonra isə 2021-ci il üçün planlarımızı müzakirə etmək istəyirik.

Bizi loyallıq və dürüstlük birləşdirir, biz hər şeyi Lüis və Valtteri ilə açıq müzakirə edəcəyik. “Ferrari” də öz variantını nəzərdən keçirəcək. Onlar 2021-ci il üçün daha yaxşı heyət axtaracaqlar və indi biz də bu barədə düşünürük.

Lüisin öz addımlarını təhlil etmək və inkişaf etmək bacarığı məndə güclü təəssürat oyadır. Bu, onun özünə tələbkar yanaşmasına və maşından səmərəli istifadə etməsinə imkan verir. Əgər keçmişdə çətinliklərimiz olubsa da, indi bunların heç biri yoxdur. O, çox doğru düşünür”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: