Baku City CircuitFormula 1Idman

“Mercedes” pilotu: Bakıda bizi fərqli yürüş gözləyir

Mövsümün başlanğıcı komandamız üçün ideal olub. Biz, hətta üç mərhələdə iki dəfə qələbə qazanacağımızı təsəvvür belə etmirdik. Buna görə bütün əməkdaşlara fantastik işindən ötrü təşəkkür edirəm.

Frame.az xəbər verir ki, bu sözləri Formula 1 Çin Qran-Prisindən sonra “Mercedes” komandasının pilotu Valtteri Bottas söyləyib.

Yürüşçü deyib: “Şəxsən mən bir az kədərliyəm, çünki yürüşü pouldan başladım və artıq ilk metrlərdə onu uduzdum. Start-finiş ağ xəttində gecikmə baş verdi və mən liderliyi Lyuisə təhvil verməli oldum. Bu cür xırdalıqlar böyük rol oynaya bilər və təəssüf ki, bu gün onlar qalibi müəyyən edən amil oldu. Müsbət məqamlara gəldikdə isə, biz trasda Bəhreyndə olduğundan daha inamlı idik. Komanda yaxşı formadadır və maksimum nəticə əldə etməyə çalışmalıyıq. Şanxay trası bir çox cəhətdən unikaldır, Bakıda isə bizi fərqli yürüş gözləyir. İki həftədən sonra bizi nələrin gözlədiyi məlum olacaq”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!