Baku City CircuitFormula 1Idman

“Mercedes”in pilotu Luis Hamilton cari mövsümdə dördüncü qələbəsini qazanıb

Avqustun 16-da “Mercedes”in pilotu Luis Hamilton Formula 1 İspaniya Qran-Prisinin qalibi olub.

Frame.az xəbər verir ki, britaniyalı sürücü mövsümdə dördüncü qələbəsini “Barselona-Kataloniya” avtodromunda keçirilən yarışda qazanıb.

Altmış altı dövrəlik mübarizədə ikinci yeri “Red Bull”un pilotu Maks Ferstappen tutub. Üçüncü pilləni isə L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas əldə edib.

Pilotların siyahısına 132 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 95 xalla ikinci, V.Bottas isə 89 xalla üçüncü pillədə qərarlaşıblar.

L.Hamilton cari mövsüm 4-cü, yarışın keçirildiyi “Barselona-Kataloniya” trasında 5-ci və karyerasında isə 88-ci qələbəsini qazanıb.

Növbəti yarış avqustun 28-30-da Belçikada təşkil olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!