EventsFashion

Mercedez-Benz Fashion Week artıq Bakıda

25-28 may tarixlərində baş tutacaq MBFWBaku Payız-Qış 2017/2018 Moda həftəsinin ilk sezonu baş tutacaq. Bu ildən “Bakı qeydiyyatı” alan Mercedez-Benz Fashion Week üçün model kastinqi bir neçə gün əvvəl başa çatdı. Məşhur alman avtomobil brendi altında prestijli moda nümayişinin keçirilməsi hüququnu isə Baku Fashion Week agentliyi əldə etdi.

Fashion Week – moda industriyasının ən mühüm hadisəsidir. 2000-ci ildə fəaliyyətə başlayan Mercedez-Benz Fashion Week, hal-hazırda moda dünyasında ən məşhur tədbirlərdən biri sayılır. Bu hadisə həm də moda və avtomobil istehsalı sahəsində yeni dizayn ideyalarının nümayişinin vəhdətidir.

Mercedez-Benz Fashion Week – orijinal festivaldır. Burada əsas ideya, müxtəlif dünya xalqlarının mədəniyyətini və adət-ənənələrini, onların artıq uzun illərdir yüksək keyfiyyət nümunəsi olan, aparıcı alman avtomobil istehsalçısının kupe və salon xətlərinin fonunda modaya baxışlarını geniş miqyasda tıəqdim etməkdir.

Mercedez-Benz Fashion Week emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya və Yapponiyada dəb nümayişləri keçirilir. Artıq bu prestijli siyahıda Azərbaycan da öz yerini tutdu. Mercedez-Benz Fashion Week Baku-nun ilk keçirilmə sahəsi isə şəhərimizin tarixnin müasir arxitektura və dizaynla birləşən, Moda Həftəsinə yeni nəfəs verəcək Passaj 1901 seçilmişdir.

Sponsor və dizayner qismində iştirak etmək üçün, həmçinin mətbuat nümayəndələrinin akkreditasiyası ilə bağlı bütün müraciətlər media@mbfwbaku.az ünvanı vasitəsilə qəbul ediləcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!