“Borjomi” ilə başlayıb, “Suliko” ilə bitən zəngin mətbəx

Ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, “Suliko” ilə bitir.

Dostluq və qonaqpərvərlik gürcülərin əsas xüsusiyyətləridir. Demək olar ki, hər yerdə süfrədə mütləq dadlı və ləzzətli gürcü şərabına rast gəlmək mümkündür.

Gürcü şərabı dünyanın ən nadir şərabları arasındadır. Gürcülərin şərabı nə qədər sevdiklərində də nəsə xüsusilik var. Bu biraz eksentrikdir – bu mədəniyytin və hərgünlüyün ayrılmaz hissəsidir.

Yerli mətbəx, sözün əsl mənasında, yüksək sənət nümunəsidir.

Buradakı əsas yeməklər zənginliyi və zərif dadı ilə fərqlənir. Gürcü süfrəsinə dəvət olunan qonağa əvvəlcə sasivinin (qoz sousunda bişirilmiş hinduşka), sonra hər bir ailədə xüsusi resept ilə hazırlanan lobyanın (pomidor sousunda bişirilir), eləcə də kaxetiyalıların sevimlisi olan xaşlamanın (ədviyyatlarla qaynadılıb bişirilmiş ət) dadına baxmağı təklif edirlər.

Maraqlıdır ki, Gürcüstanın, demək olar, hər bir regionu özünə aid pendir növü ilə öyünə bilər.

Gürcü mətbəxində pendirdən qəlyanaltı kimi (çiy və ya qızardılmış şəkildə), eləcə də müxtəlif xörəklərin tam hüquqlu inqrediyenti kimi istifadə edirlər.

İmkanları müsəlman qadağaları ilə məhdudlaşmayan gürcülər ət yeməklərində seçim bolluğu ilə öyünə bilərlər. Ədviyyatlarla qaynadılmış qoyun əti – ətirli buğlama; qızardılmış mal filesi – ləzzətli basdırma; xingal – Gürcüstanın dağlıq hissəsinin sakinlərinin sevimli yeməyi (ət ət maşınından keçirilmir, jele halına düşənə kimi çapacaq ilə döyülür); kuçmaçi – qara ciyərdən, ürəkdən, ağ ciyərdən və dildən hazırlanmış isti yemək; və ənənəvi çaxoxbili (pomidor sousunda bişirilmiş toyuq).

Bu ölkəyə baş çəkərkən mütləq dadlı və ləzzətli təamları dadın. Bu ləzzətlərə doymayacaqsınız.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: