Metro “Formula 1“ yarışlarında gücləndirilmiş rejimdə çalışacaq

Aprelin 27-29-da Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran PRİ yarışları zamanı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, yarışların işçi heyəti və izləyicilərin daşınması ilə əlaqədar olaraq Bakı Metropoliteni qrafikdə dəyişiklik edəcək: “Əsasən tədbirlərin keçiriləcəyi əraziyə yaxın 2 stansiya – “28 may” və “İçərişəhər” stansiyalarında iş qrafiki artırılacaq. Zərurət yaranarsa, gecə saat 02:00-a qədər hər iki stansiya şərnişinlərin girişi üçün açıq olacaq”.

N. Paşayev bildirib ki, yarışların keçirildiyi günlərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Təşkilat Komitəsi ilə birgə işləyəcək: “Komitə ilə mütəmadi əlaqə yaradılacaq. Əgər ziyarətçi və iştirakçıların daşınmasına zərurət yaransa, 02:00-a qədər, əks halda isə 01:00-a qədər işləyəcəyik. Əgər ziyarətçilərin daşınması saat 01:00-da başa çatsa, metro stansiyaları da həmin vaxt bağlanacaq.

Sərnişinlərin daşınması və mənzil başına çatdırılmasında heç bir problem olmayacaq”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: