“Metro Gallery” layihəsi çərçivəsində köhnə Bakının müxtəlif guşələrini özündə əks etdirən tarixi şəkillərdən ibarət sərgi açılıb

Noyabrın 1-i “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Bakı Metropoliteni” QSC və “Kapital Bank”ın təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində köhnə Bakının müxtəlif guşələrini özündə əks etdirən tarixi şəkillərdən ibarət sərgi açılıb.
Sərgidə mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva, “Kapital Bank”ın nümayəndəsi Pərviz Sədrəddinov və həvəskar tarixçi-tədqiqatçı Fuad Axundov iştirak ediblər.
Nəsimi Paşayev bildirib ki, Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində təşkil olunmuş bu layihənin əsas məqsədi son illərdə siması xeyli dəyişmiş paytaxtımızın tarixini, həmin dövrün ab-havasını, ruhunu metropoliten sərnişinlərinin, eləcə də şəhər sakinlərinin və qonaqların təxəyyülündə canlandırmaqdır. Bu kadrlar hər bir sərgi izləyicisinə bir əsrdən artıq dövr ərzində şəhərimizin necə dəyişdiyini təsəvvür etməyə kömək edəcək.
Lalə Babayeva köhnə Bakıya həsr olunan layihədəki şəkillərin seçilməsində və mətninin tərtib edilməsində Bakının tarixinə yaxşı bələd olan mütəxəssis Fuad Axundovla birgə çalışdıqlarını bildirib. O, XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən 90-dan artıq fotoşəkillərin yer aldığı sərginin ictimaiyyət arasında maraq doğuracağını nəzərə alaraq, mətnlərin üç dildə (Azərbaycan, ingilis və rus) hazırlandığını qeyd edib. Sərnişinlər paytaxtın həmin illərdəki mənzərəsinə, əhalinin məşğuliyyətinə, bir sözlə, adından da göründüyü kimi, Bakının köhnə görüntülərinin əks olunduğu fotoşəkillərə tamaşa edərək, onu xatirələrində canlandıra biləcəklər.
Daha sonra Fuad Axundov Bakının qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə, Şərqin qocaman və ən böyük şəhərlərindən biri olduğundan bəhs edib: “Köhnə Bakı haqqında danışarkən, ilk növbədə, şəhərin tarixi hissəsini nəzərdə tuturuq. Lakin köhnə Bakı həm də dəniz, neft mədənləri, təkrarsız memarlıq nümunələri və həyatın özünəməxsusluğudur. Xoşbəxtlikdən, Azərbaycan paytaxtının tarixinin mərhələləri fotoxronikalarda əks olunub”, – dəyərək, belə bir sərginin “Bakı Metropoliteni” QSC-nin təşəbbüsü ilə təşkil olunmasının təqdirəlayiq hadisə olduğunu qeyd edib.
Köhnə Bakıya həsr olunan sərgi 6 ay davam edəcək. Sərgi izləyicilərinin nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş “QR-kod” vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür..
Sərgidə mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva, “Kapital Bank”ın nümayəndəsi Pərviz Sədrəddinov və həvəskar tarixçi-tədqiqatçı Fuad Axundov iştirak ediblər.
Nəsimi Paşayev bildirib ki, Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində təşkil olunmuş bu layihənin əsas məqsədi son illərdə siması xeyli dəyişmiş paytaxtımızın tarixini, həmin dövrün ab-havasını, ruhunu metropoliten sərnişinlərinin, eləcə də şəhər sakinlərinin və qonaqların təxəyyülündə canlandırmaqdır. Bu kadrlar hər bir sərgi izləyicisinə bir əsrdən artıq dövr ərzində şəhərimizin necə dəyişdiyini təsəvvür etməyə kömək edəcək.
Lalə Babayeva köhnə Bakıya həsr olunan layihədəki şəkillərin seçilməsində və mətninin tərtib edilməsində Bakının tarixinə yaxşı bələd olan mütəxəssis Fuad Axundovla birgə çalışdıqlarını bildirib. O, XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən 90-dan artıq fotoşəkillərin yer aldığı sərginin ictimaiyyət arasında maraq doğuracağını nəzərə alaraq, mətnlərin üç dildə (Azərbaycan, ingilis və rus) hazırlandığını qeyd edib. Sərnişinlər paytaxtın həmin illərdəki mənzərəsinə, əhalinin məşğuliyyətinə, bir sözlə, adından da göründüyü kimi, Bakının köhnə görüntülərinin əks olunduğu fotoşəkillərə tamaşa edərək, onu xatirələrində canlandıra biləcəklər.
Daha sonra Fuad Axundov Bakının qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə, Şərqin qocaman və ən böyük şəhərlərindən biri olduğundan bəhs edib: “Köhnə Bakı haqqında danışarkən, ilk növbədə, şəhərin tarixi hissəsini nəzərdə tuturuq. Lakin köhnə Bakı həm də dəniz, neft mədənləri, təkrarsız memarlıq nümunələri və həyatın özünəməxsusluğudur. Xoşbəxtlikdən, Azərbaycan paytaxtının tarixinin mərhələləri fotoxronikalarda əks olunub”, – dəyərək, belə bir sərginin “Bakı Metropoliteni” QSC-nin təşəbbüsü ilə təşkil olunmasının təqdirəlayiq hadisə olduğunu qeyd edib.
Köhnə Bakıya həsr olunan sərgi 6 ay davam edəcək. Sərgi izləyicilərinin nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş “QR-kod” vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: