“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

Yaxın bir neçə ay ərzində “Microsoft” şirkəti “Office 365” paketinin istifadəçi interfeysinin ən populyar əlavələri üçün yeniləmələr buraxacaq. İstehsalçı onu daha sadə və səmərəli etməyi planlaşdırır. Tam işə salmadan öncə yeniləmələr bir neçə silsilə yoxlama və sınaqlardan keçəcəkdir.

Sadələşdirilmiş lent. Lentin yenilənmiş versiyası istifadəçilərə fikirlərini cari məsələlər ətrafında toplamaqdaa və birgə işin asan təşkilində kömək edəcək. Ekranda daha çox komanda lazım olarsa lenti əvvəlki kimi klassik üç sətir formatında açmaq mümkündür. İlk öncə “Word” əlavəsinin brauzer versiyası yenilənəcək. Daha sonra “Windows” üçün “Outlook” yenilənəcək – belə ki, ilkin qiymətləndirmə proqramının bəzi iştitakçıları üçün sadələşdirilmiş lent iyul ayında əlavədə görünəcəkdir. “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələri ən geniş və güclü funksiyalar dəstini təmin edir. Onlara, adətən, maksimum imkanlardan yararlanmaq istəyən istifadəçilər üstünlük verirlər.  Daha sonra “Microsoft” şirkəti istifadəçilərin “Excel” və “PowerPoint”də görmək istədikləri dəyişikliklər barədə istifadəçi rəylərindən ibarət geniş baza yaratmağı planlaşdırır. Əldə olunan nəticələr istehsalçıya “Office 365”in bu komponentləri üçün yeniləmə strategiyasını seçməyə kömək edəcək.

Yeni rənglər və nişanlar. Əlavələrdə miqyaslı qrafika ilə yeni rənglər və nişanlar yer alacaq ki, onlar istənilən ölçülü ekranda aydın görünəcəkdir. Bu dəyişikliklər nəinki istifadəçi interfeysini modernləşdirməyə, həmçinin, onu fiziki məhdudiyyətli şəxslər üçün onu daha rahat etməyə yönəlmişdir. İlk növbədə yeniləmələr “Word”ün brauzer versiyasında, daha sonra isə “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində tətbiq olunacaq. 2018-ci ilin avqust ayında “Outlook” və “Mac”da dəyişikliklərin həyata keçirilməsinə başlanılacaq.

Axtarış. Yenilənmiş interfeysdə axtarış sistemi komandaları, insanları və məzmunu tapmağa imkan verəcək. “Zero Query Search” texnologiyası istifadəçinin sorğusunun qabaqcadan bilir: kursoru sadəcə axtarış bölməsinə gətirmək kifayətdir ki, süni intellekt və “Microsoft Graph” bazası əsasında alınmış hazır tövsiyələri görəsiz. Artıq bu funksiya “Office.com”, “SharePoint Online” və “Outlook” mobil əlavələrinin kommersiya versiyalarının istifadəçiləri üçün əlçatandır.

“Bu gün iş fəaliyyəti daha çox komanda şəklində qurulur: bir çox məsələləri işçilər  həmkarları ilə birlikdə həll edirlər. Bununla yanaşı, biz vaxt və məkan baxımından getdikcə daha az məhdud oluruq: günün istənilən vaxtı, istənilən yerdə işləmək mümnündür. Bizim məqsədimiz – “Office 365”i geniş istifadəçi dairəsinin tələbatına cavab verəcək universal bir alətə çevirməkdir”, – deyə “Office” və “Windows”un marketinqi üzrə korporativ vitse-prezidenti Cared Spataro (Jared Spataro) bildirib.

Dizaynın ilkin versiyasının hazırlanması üçün komanda müştərilərlə sıx əməkdaşlıq etmişdir. Mütəxəssislər istifadəçilərin əlavə ilə necə işlədikləri barədə məlumatları toplayıb, yeni ideyaları sınaqdan keçirmək üçün prototiplər yaradırdılar. Gələcəkdə, ofis paketinin interfeysi tam yenilənəndən sonra, istifadəçilər siçanın bir düyməsini basmaqla  klassik varianta qayıda biləcəklər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: