“Microsoft Office 365” üçün “Kaspersky Security” həllinin yeni versiyası 180 gün ərzində pulsuz olacaq

“Microsoft Office 365” üçün “Kaspersky Security” həllinin yeni versiyası 180 gün ərzində pulsuz olacaq. İndi bu məhsul kiber təhdidlərdən yalnız “Exchange Online” və “OneDrive” xidmətlərini deyil, həmdə “SharePoint Online”  yaddaşını qoruyur, həmçinin “Microsoft Teams” vasitəsilə təhlükəsiz fayl paylaşımını təmin edir. Bu o deməkdir ki, əgər işçi çatlarda və kanallarda zərərli fayl bölüşməyə çalışsa da, digər istifadəçilər onu açmayacaqlar, çünki qoruyucu məhsul dərhal bu faylı karantin zonasına  göndərəcək.

2019-cu ildə “Kaspersky”bütün dünyada korporativ istifadəçilərə yönəlmiş 186 milyon zərərli spam mesajı aşkar edib, bu isə 2018-ci ilin göstəricisindən 54 milyon çoxdur. 2019-cu ildə ən təsirli fişinq metodlarından biri ligitim xidmətlərdən avtorizasiya üçün bildirişlərin göndərilməsi olub. Bu isə gələcəkdə təşkilatlara hücum etmək üçün hesabların login və parolu haqda məlumat bazası toplamaq üçün edilirdi. Beləliklə, 2020-ci ilin ilk iki ayında «Microsoft Office 365» üçün quraşdirilan   “Kaspersky Security”,  dünyadakı hər cihazda ortalama cəmi bir fişinq bağlantısı yaratmaq cəhdinin qarşısını alıb.

Yeni versiyada fişinq əleyhinə imkanlar daha da yaxşılaşdırılıb və etibarlı poçt domenləri siyahısını yaratmağa imkan verən yeni funksiya əlavə edilib. İndi bu məhsul saxta domenlərdən göndərilən zərərli məktubları tanıya bilir. Bu, korporativ istifadəçiləri həmkarlar və subpodratçılardan gələn məktub adı ilə göndərilən hədəflənmiş fişinq hücumlarından qorumaq üçün edilir.

Bundan əlavə, “Microsoft Office 365” üçün “Kaspersky Security”, “SharePoint Online” yaddaşı vasitəsilə zərərli proqramların korporativ şəbəkəyə yayılmasına imkan vermir. Həll “Microsoft Teams”-ə yükləndikdən dərhal sonra hər bir faylı araşdırır və zərərli proqramı tanıdıqda dərhal karantin zonasına keçirir,  İT şöbəsinin əməkdaşı isə nəticələr və statistika barədə hesabat alır.

“Microsoft Office 365” üçün “Kaspersky Security” haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.kaspersky.ru/small-to-medium-business-security/microsoft-office-365-security.

Təşkilatlar isə https://cloud.kaspersky.com/ ünvanında qeydiyyatdan keçərək, altı aylıq pulsuz lisenziya əldə edə bilərlər.

* Təklif 26 iyun 2020-ci il tarixinədək aktivləşdirilə bilər.

Frame.az

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: