“Microsoft” Sevgililər günü üçün “Skype”da yeni smayllar təqdim edib

Əgər Sevgililər günündə əzizləriniz və yaxınlarınıza onlara nə qədər dəyər verdiyinizi bildirmək üçün lazımi sözlər tapmaqda çətinlik çəkirsinizsə, o zaman köməyinizə “Skype” gəlir. “Microsoft” korporasiyası xüsusi olaraq sözügedən proqram təminatının istifadəçiləri üçün məhz Sevgililər gününə həsr olunmuş və məsafədən asılı olmayaraq hisslərini paylaşmağa kömək edəcək yeni smaylları təqdim edib.

Bu il “Skype” məşhurluğu artan sənətçilər və bəstəkarlarla birgə çalışan “Rogue Octopus” müstəqil agentliyi ilə sevgidən ilhamlanaraq yeni smayllar yaratmaq üçün güclərini birləşdirib. Əsas məqsəd hədiyyə formasında açıla bilən smayllar yaratmaqdan ibarət idi. Hər bir smayl “Rogue Optucus” agentliyinin istedadlı musiqiçilərinin bəstələri müşayiətində iki personajın sevgi hekayəsinin müxtəlif mərhələlərini özündə əks etdirir. Smaylları nəzərdən keçirmək və göndərmək üçün paneldə qırmızı ürəkli işarəni seçə bilərsiniz.

Eyni zamanda, “Skype” öz istifadəçilərinə yazışmaları daha orijinal və şən aparmaq üçün müqəddəs Valentin gününə həsr olunmuş yeni emotikon kolleksiyasını da istifadəyə verib.

“Skype” proqramının təklif etdiyi bütün imkanlardan həmişə faydalana bilmək üçün “Microsoft” korporasiyası “Windows”, “Mac”, “iPhone”, “iPad”, və “Android” ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.

“Microsoft” ümid edir ki, dünyanın istənilən yerində Müqəddəs Valentin günündə “Skype” istifadəçiləri onlara əziz olan insanlarla yeni smaylları bölüşmək şansından zövq alacaqlar. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: