“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak etdi

12-14 iyunda Bakıda baş tutmuş Dünya Gömrük Təşkilatının İT üzrə tədbirinin – WCO IT/TI2019 Konfrans və Sərgisinin dəstəkləyicilərindən biri olmuş “Microsoft” konfransda yeni innovasiya və texnoloji həllərin təqdimatı ilə çıxış edib.

Şirkəti tədbirdə qlobal texno strateq Frenk Kolvert, gömrük və ticarət işləri üzrə direktor Con Besçek, dövlət qurumları üzrə həllərin direktoru Valentina İon, Mərkəzi və Şərqi Avropa dövlətləri üçün sənaye həlləri üzrə direktor Evanqelos Xrisafidis və “Microsoft Azerbaijan”ın dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov təmsil edib.

Konfransa spiker qismində qatılan Frenk Kolvert çıxışında ən son innovasiyaların risk menecmentində tətbiqi, həmçinin gömrük və sənayedə Iot texnologiyasının reallaşdırılıması haqqında danışıb. Qlobal mütəxəssis yeni innovasiyaların işçilərin fəaliyyətlərinin rəqəmsallaşdırılması, qurumlar arasında əməkdaşlığın artırılması, büdcələrin optimallaşdırılması, köhnəlmiş amma bahalı texnologiların yenilənməsində əhəmiyyətini  vurğulayıb. “Microsoft”un texnologiya və innovasiya sahəsində böyük təcrübəsini önə çəkən ekspert şirkətin geniş portfoliosu, tərəfdaş ekosistemi, İot təcrübəsi barədə konfrans iştirakçılarına geniş məlumat verib. Frenk Kolvertin risk menecmenti və Iot texnologiyası haqqında çıxışlarını aşağıdakı linklərə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=rozMCTkX6Mo

https://www.youtube.com/watch?v=f2XM5oLqgJY

Qeyd edək ki, “Microsoft” dünya üzrə E-Gömrük və E-Ticarət  biznesini optimallaşdırmağa kömək edir. Bunun üçün şirkət dövlətlər və biznes arasında beynəlxalq ticarətdə təhlükəsizliyin artırılması və qiymətlərin endirilməsi üçün gömrük və ticarət prosedurlarının sadələşdirilməsi, uyğunlaşdırılması, standartlaşdırılması və müasirləşdirilməsini həyata keçirir.

Məlumatların təhlükəsiz ötürülməsinə əsaslanmış “milli vahid pəncərə” sistemi və riskin dəyərləndirilməsi yanaşması “Microsoft” və tərəfdaşlarının təklif etdiyi həllərdən cəmi ikisidir. “Microsoft”un məqsədi ən son texnoloji innovasiyalar olan İoT, süni intellekt və blokçeyni gömrük orqanları və onların tərəfdaşlarının məqsədlərinə çatmaları üçün əlçatan etməkdir. Gömrük prosedurları və gömrük işçilərinin təlimləri üçün nəzərdə tutulmuş sərgidə  “HoloLens” cihazı iştirakçılar tərəfindən maraqla qarşılandı.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: