“Microsoft”Bakıda developerləri bir araya topladı

“Microsoft Azerbaijan” şirkəti Bakıda proqramçılar, həllər işləyib hazırlayan developerlər və proqram təminatı üzrə müstəqil təchizatçılar üçün ikigünlük seminar təşkil edib.

Seminarın məqsədi–“Made in Azerbaijan” məhsullarının yaradılması və Azərbaycanın əqli ixrac potensialının daha da artırılmasıdır.

Tanışlıq xarakteri daşıyan seminar çərçivəsində gənc developerlər yeni proqram təminatının işlənib hazırlanması üçün həll yaratmaq imkanları haqqında və mövcud olan proqramların inkişaf etdirilməsi haqqında ətraflı məlumat əldə ediblər və “Microsoft” şirkətinin “DevOps”, “Visual Studio 2017”, “.Net Core” və digər məhsul, xidmət və həlləri ilə tanış olublar.

Bundan başqa, “Microsoft” şirkətinin geniş təcrübəyə malik təlimçisi Anton Şunkovun məsləhətlərindən faydalanmış seminar iştirakçılarına transformasiya imkanları və “Microsoft”un həllərin işlənməsinə dair ümumi baxışı nümayiş olunub. Təlimçi eyni zamanda, “Microsoft” platformasının və şirkətin developerlər üçün təklif etdiyi sertifikatların üstünlükləri barədə də ətraflı məlumat verib.

İkigünlük seminar zamanı “Microsoft” şirkətinin bulud həlləri, “bulud”un işlənib hazırlanması, “Azure” platformasında inkişaf mühiti və müvafiq platformaya şəxsi həllin miqrasiyası məsələləri müzakirə olunub. Tədbirdə tətbiqlərin (iOS, Android, Windows və “bulud”) ərsəyə gətirilməsi məsələsi, eyni zamanda, “Windows Store”da mövcud olan universal tətbiqlər nəzərdən keçirilib.

Seminar yenicə proqramçı olmağa hazırlaşanlar, peşəkar karyerasının başlanğıcında olanlar və ya proqram təminatı hazırlanması sahəsində ixtisaslaşmaq istəyənlərin yüksək marağına səbəb olub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: