EventsTəqdimat

“Microsoft”un Azərbaycan üzrə Milli Planı

“Microsoft”un Azərbaycan üzrə Milli Planı “Bakutel-2016” sərgisində təqdim olunub.

“Microsoft” korporasiyası noyabrın 29-dan dekabrın 2-dək Bakıda keçirilən 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel-2016”) iştirak edir.

“Microsoft”un bu tədbirdə iştirakının əsas məqsədi korporasiyanın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırladığı Azərbaycan üzrə Milli Planını geniş kütləyə nümayiş etdirməkdən ibarətdir. “Microsoft”un Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.

“Bizim Azərbaycandakı missiyamız yüksək nailiyyətlər əldə etmək üçün hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir. “Microsoft” korporasiyası “Bakutel” sərgisinin daimi iştirakçısıdır. Bu il iştirakımızın əsas məqsədi “Microsoft”un Azərbaycan üzrə Milli Planını təqdim etməkdən ibarətdir. İnnovasiya sektorunun inkişafını, təşkilatların iqtisadi effektivliyini artırılmasını və təhsil sisteminin modifikasiyasını özündə əks etdirən korporasiyanın Milli Planı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanıb. Bundan başqa, sərgi iştirakçılarına “Microsoft”un bulud həlləri, informasiya təhlükəsizliyinin müxtəlif üsulları və s. Nümayiş olunacaq”, – deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

“Bakutel-2016” çərçivəsində sərgi iştirakçılarına “Microsoft Azure” və “Office 365” bulud həlləri, “Dynamic 365” biznes platforması, həmçinin fərdi və təşkilat səvviyəsində informasiya təhlükəsizliyi vasitələri nümayiş etdiriləcək. Təhsil müəssisələrinin nümayəndələri isə təhsil sahəsi üçün nəzərdə tutulmuş həllərin geniş spektri, tələbə imtiyazları və tədris materialları ilə tanış ola biləcək. Bundan başqa, sərgini ziyarət etmiş tələbələr “Microsoft Imagine Cup” beynəlxalq texnoloji müsabiqədə iştirakla bağlı ətraflı məlumat ala biləcəklər.

Qeyd edək ki, “BakuTel-2016” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.15253534_1129204563814553_7543787662355535655_n 15317964_1129204933814516_4859651401608233035_n 15253415_1129204940481182_2216258674180851398_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!