Mik Şumaxer “Ferrari” yürüş akademiyasının pilotu seçilib

İtaliyanın “Ferrari” komandasının rəhbərliyi yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik ilə kontrakt imzalayıb. Komandanın mətbuat xidmətinin verdiyi məlumata görə, gənc pilot “Skuderiya” yürüş akademiyasının pilotu seçilib.

Frame.az xəbər verir ki, Mik Şumaxer ötən mövsümdə Avropa Formula 3 yarışlarının qalibi olub, 2019-cu ildə isə Formula 2 yarışlarında çıxış edəcək.

“Ferrari” komandasının rəhbəri Mattia Binotto deyib: “Miki doğulduğu gündən tanıyan mənim kimi insanlar üçün aydın idi ki, Şumaxerin “Ferrari”yə dəvət edilməsi emosional məqamdır. Lakin biz onu, gənc olmasına baxmayaraq artıq aşkar görünən istedadına, habelə peşəkar və insani keyfiyyətlərinə görə seçmişik”.

“Ferrari” yürüş akademiyasının üzvləri arasında Kaylum Aylott, Markus Armstronq, Robert Şvartsman, Cüliano Alezi, Entso Fittipaldi və Canluka Petekov da var.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: