Mik Şumaxer “Spa-Frankorşarm” trasından atasının “Benetton B194” avtomobilində keçəcək

“Formula-1” yarışının yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Belçika Qran-prisi çərçivəsində nümunəvi yürüşlərdə atasının ilk titulunu qazandığı avtomobilin sükanı arxasında oturacaq.

Frame.az xəbər verir ki, bu barədə məlumatı Belçikanın “DHnet” resursu yayıb. Məlumatda deyilir ki, bu günlərdə “Spa-Frankorşam” trasında test yürüşləri zamanı “Benetton B194” kokpitində Mik Şumaxer olub. Yürüşçü qara rəngli dəbilqə geyinib.

Mikin nümunəvi yürüşləri avqustun 27-də Belçika Qran-prisinin startından bir saat əvvəl və pilotların ənənəvi paradından sonra keçiriləcək.

Bu hadisə Mixael Şumaxerin “Spa-Frankorşam” trasında “Formula-1” yarışlarında birinci qələbəsinin 25 illiyinə həsr olunacaq. Vaxtilə bu qələbə almaniyalı pilot üçün Belçika avtodromunda dalbadal altı qələbə seriyasından birincisi olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: