MədəniyyətOxu zalı

Mikayıl Müşfiqə həsr olunmuş musiqili-ədəbi gecə keçirilib

Mədəniyyət və İncəsənət Universiteti və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə şair Mikayıl Müşfiqə həsr olunmuş “Yenə o bağ olaydı” musiqili-ədəbi gecə keçirilib.

Universitetdən Frame.az-a bildirilib ki, tədbirdə Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti Zamiq Əliyevin bədii rəhbərliyi ilə Musiqi sənəti fakültəsinin tələbələri Məftun Səfərli, Cəlal Məlikli, Həmid Həmzəyev, Rəvan Qaçayev, Tamerlan Təhməzov, Məlik Məmmədli, Günay Mehdiyeva və Kamil Qədimzadə Mikayıl Müşfiqin əsərlərinə yazılmış mahnıları ifa ediblər.

Tələbələri Universitetin Xalq çalğı alətləri ansamlı – Mustafa Aşurov, İlqar Allahverdiyev (tar), Fərrux Haşımlı (kamança), Aidə Məmmədli, Fizzə Cabbarova (qanun), Emin Eminli (ud), Zamin Qasımzadə, Famil Qəhrəmanov (balaban), Nurlan Abdullazadə (fortepiano), Hüseyn Cəfərli (nağara), Alpaslan Doğukan Yeşilbaş (zərb) müşayit edib. Tədbir Mirxədicə Mirzəyeva, Asiman Ağayev, Nuranə Abbasova və Mehman Fətullayevin ifasında şairin şeirlər səslənib. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!