Arxitektura-DizaynEventsTəqdimat

Milan-ın məşhur məruzəçisi Bakıda master-klass keçirdi

Sentyabrın 8-də D!ONE şou-room-da “HoReCa- Hotel Restoran Cafe-də yeni tendensiyalar, İtaliyada yeni innovasiyalar – Project Design&Marketing üzrə İtalyan masterlərinin təcrübəsi” mövzüsünda master-klass keçirildi.

Tədbir zamanı qonaqlar maraqlı və faydalı məsləhətlər almaq şansı qazanmaqla yanaşı, dizaynerlərin işləri ilə də tanış olmaq şansını qazandılar.

Məruzəçi qismində dizayner, layihə meneceri, təsisçi, HoReCa Workshop Milan kurslarının mühazirəçisi və “Hər şey İtaliya layinələri haqqında” blogun təsisçisi Anna Kolomieç çıxış edərək layihə barədə fikirlərini eləcə də HoReCa- Hotel Restoran Cafe-də yeni tendensiyalar, İtaliyada yeni innovasiyalar – Project Design&Marketing üzrə İtalyan masterlərinin təcrübəsi haqqında yenilikləri tədbirə toplaşan qonaqlara məruzə etdi.

Tədbirin sonunda qonaqlar məruzəçiyə suallarını təqdim edərək, HoReCa Workshop Milan kurslarından xüsusi bonuslardan faydalandılar.

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!