Milli Atçılıq Festi­va­lına start verilib

2 iyun 2018-ci il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası Azərbaycan Xalq Cüm­huriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festi­va­lına start verib.

Festival Binə Atçılıq Mərkəzində yerləşən hip­pod­romda Cıdır üzrə “100 İllik Yubiley Kuboku” ilə start götürüb.

Festivalın əvvəlində Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Elşad Abbasov çıxış edib.Çıxışda bildirib ki, Azərbaycan idmanının bütün sahələri kimi atçılıq idmanı da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali  dəs­tək və qayğısı ilə əhatə olunmuşdur. Məhz bu diqqətin nəticəsidir ki, ötən bu illər ərzində həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarda nailiyyətlərimiz artmaqdadır.

Ötən ayın əvvələrində artıq 3-cü dəfə Qarabağ atlarının iştirakı ilə 75 nəfərlik heyətin İngiltərədə, Kraliçaya aid Vindzor qəsrində möh­təşəm çıxışı hamını heyran etmiş, bütün dünyada əks-səda doğurmuşdur.

Dahi Öndər Heydər Əliyevin 95 illiyinə, Azərbaycan dövlət­çiliyinin xilas olunmasının 25-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyimiz bu festival ötən 9 il ərzində keçirilən digər atçılıq festi­val­larından rənga­rəngliyi ilə seçilir.

Çıxışının sonunda E. Abbasov Milli Atçılıq Festivalının təşkil olunmasında əziyyət çəkən hər kəsə təşəkkürünü bildirərək Festivalı açıq elan edib.

Tədbiri izləmək üçün gələn qonaqlar ilk öncə ölkədə fəaliyyət gös­­tərən at­çılıq idman klublarının üzvlərinin iştirakı ilə möhtəşəm paradıizlədilər.

3 qaçışdan ibarət olan Cıdır Günündə 3 yaş Qarabağ və Dilbaz atları və 3 yaş İngilis atları 1600 metr məsafədə, 4 yaş və yuxarı Qara­bağ və Dilbaz atları isə 2000 metr məsafədə qrup üzrə güclərini sınayıblar.

3 yaş Qarabağ və Dilbaz atlarının yarışında jokey Əliyev Azər “Xanımqız” ləqəbli atla 3-cü yerə, jokey Nəzərov Hilal “Zirvə” ləqəbli atla 2-ci yerə, jokey Hacıyev Orxanbəy isə  “Laləzar” ləqəbli atla 1-ci yerə yüksəlmişdir.

3 yaşlı İngilis atlarının yarışında jokey Nəzərov Hilal  “King of Baku” ləqəbli atla 3-cü yeri, jokey Tahirov Rauf  “Atilla” ləqəbli atla 2-ci yerə,jokey Nəzərov Hilal “Bahr” ləqəbli atla 1-ci yeri yüksələrək  kubok və fəxri fərmanla təltif olunmuşdur.

Və sonda, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Nəzərov Hilal “Dağlar” ləqəbli atla 3-cü yeri, jokey  Tahirov Zaur “Qalxan” ləqəbli atla 2-ci yeri,jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 1-ci yerin  və 100 İllik Yubiley Kubokunun sahibi olmuşdur.

Yerli müğənnilərin iştirakı ilə konsert proqramı,  sonda isə loto­reya keçirilmişdir. Tədbiri izləmək üçün gələn qonaqlar ölkədə fəaliyyət gös­­tərən at­çılıq idman klublarının üzvlərinin iştirakı ilə paradı izləmək imkanı əldə edə­cəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: