Frame LifeGözəllikTəqdimat

Milli Gözəllik müsabiqəsinin qalibləri bəlli olub-foto, video

İyun ayının 17-si möhtəşəm interyeri və gözoxşayan akustikası ilə seçilən  “Elite Events Hall” –da hərkəsin səbirsizliklə gözlədiyi və 6 ay davam edən  Miss & Mister Azerbaijan 2017 Milli gözəllik müsabiqəsinin Final mərhələsi keçirildi.

Hər il olduğu kimi bu il də müsabiqə iştirakçıları xoreoqrafiya dərsləri almış və psixoloji təlimlərdə iştirak etmişdilər. Həmçinin layihənin davam etdiyi müddət ərzində iştirakçılar bir çox foto, video və peşəkar model olaraq yüksək səviyyəli tədbirlərdə iştirak etmişdirlər. Davam edən yorucu məşqlərdən və hazırlıqlardan sonra, Miss & Mister Azerbaijan 2017 iştirakçıları lahiyə çərçivəsində ölkəmizin bir çox gözəl və səfalı guşələrinə səyahət etmişdilər.

Üç əsas turdan ibarət Final mərhələsi dəyərli münsiflər heyyəti tərəfindən bal sistemi ilə qiymətləndirilmişdir.

Bütün iştirakçıların Azərbaycan bayrağı ilə podiumda çıxış etmələri, Final gecəsinə xüsusi rəng qatmışdır. Final mərhələsi mükafat və nominasiyaların təqdimatı və Miss & Mister Azerbaijan 2017-nin qaliblərinin adlarının açıqlanması ilə başa çatdı.
“Miss & Mister Azerbaijan – 2017” baş sponsoru olan EUROGROUP şirkəti qalibləri təbrik edib onlara öz hədiyyələrini təqdim etdi.

“Miss & Mister Azerbaijan – 2017” Milli gözəllik müsabiqəsinin qaliblər siyahısı:

Xanımlar:

Miss Azerbaijan 2017

Raziyyət Əliyeva

I Vice Miss Azerbaijan 2017

Gülnar İsayeva

II Vice Miss Azerbaijan 2017

Banu Şücai

III Vice Miss Azerbaijan 2017

Xanım Əliyeva
Miss Baku 2017

Arzu Hüseynzadə

Miss Photo Model 2017

Ülviyə Əliyeva

Miss Charm 2017

Dəniz Nuri

Miss Catwalk 2017

Aidə Dövlətova

Miss Grace 2017

Ülviyə Əliyərova

Miss Smile 2017

Günay Ələsgərli

Miss Press 2017

Cəmilə Əmirova
“Miss Popular 2017” nominasiyası ilə  Xanım Əliyeva təltif olundu və bu adı ona “Miss & Mister Azerbaijan” layihəsinin ötən illərin qaliblərindən ibarət münsiflər heyəti təqdim etdi.

Bundan əlavə sponsor nominasiyalarının qalibləri də müəyyən olundu:

Miss Eurogroup

Banu Şücai

Miss Elite

Nailə Kərimova

Miss Aloff

Ülviyə Əliyeva

Miss San Remo & Miss Adora

Gülnar İsayeva

Miss XOXO & Miss Lambre

Cəmilə Əmirova

Miss Hezz In

Günay Ələsgərli

Oğlanlar:

 Mister Azerbaijan 2017

Əli Hüseynov

I Vice Mister Azerbaijan 2017

Ramal Həşimli

II Vice Mister Azerbaijan 2017

Ayaz Yolçuyev

III Vice Mister Azerbaijan 2017

Zeynalabdin Xudiyev

Mister Baku 2017

Kənan İsmayılov

Mister Photo Model 2017

Vüqar Şəfiyev

Mister Style 2017

Rəşid Kərimov

Mister Catwalk 2017

Əhməd Əhmədov

Mister Sport 2017

Ruslan Abdullazadə

Mister Smile 2017

Qiyas Kəlbiyev

Mister Press 2017

Vüsal Qasımzadə

“Mister Popular 2017” nominasiyasına  Ramal Həşimli təltif oldu və bu adı ona “Miss & Mister Azerbaijan” layihəsinin ötən illərin qaliblərindən ibarət münsiflər heyəti təqdim etdi.

Sponsor nominasiyalarının qalibləri

Mister Elite

Cavid Cavadlı

Mister Aloff

Qiyas Kəlbiyev

Mister Status

Ramal Həşimli

Mister Mario Russo

Rəşid Kərimov

Mister Adora

Ayaz Yolçuyev

Mister San Remo

Pərviz Şükürov

Mister Hezz In

Vüsal Qasımzadə

Qeyd edək ki, bu il müsabiqə öz 20 illiyini qeyd edir.
Təşkilatçılar “Miss & Mister Azerbaijan 2018” seçimlərini bu ilin noyabr ayında keçirməyi planlaşdırırlar.

Frame.az

http://www.facebook.com/missazerbaijan.org/videos/1420745568011447/

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!