FutbolIdman

Milli yığma üzvündən “Məktəbli kuboku” iştirakçılarına dəstək

Azərbaycanın məktəbliləri arasında ən böyük futbol çempionatı olan “Coca-Cola School Cup”davam edir. Coca-Cola, AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən turnir regional final mərhələsinə daxil oldu.

Gərgin oyunlarda məktəbliləri dəstəkləmək üçün Azərbaycan yığma futbol komandasının üzvü  Mahir Mədətov Nərimanov rayonu üzrə mərhələnin final oyununa qatılıb, məktəblilərə uğurlar arzulayaraq, peşə sirlərini bölüşüb, xatirə şəkilləri çəkdirib. Mahir Mədətov bu tipli turnirlərin gələcək futbol nəslinin düzgün formalaşmasında əhəmiyyətini vurğulayıb. Milli yığmanın üzvü “Coca-Cola School Cup”ın uşaqlarda futbola maraq oyatdığını, eləcə də, sağlam həyat tərzinin təbliğində  önəmli rol oynadığını bildirib. Ulduz futbolçu şagirdlərlə görüşü zamanı müasir futbolun əsas elementinin xarakter olduğunu qeyd edib.

“Futbolçu üçün texnika və sürət önəmlidir. Mənim fikrimcə, müasir futbolda daha da önəmli olan xarakterdir”-deyə Mahir Mədətov bildirib.

“Coca-Cola” şirkəti, AFFA və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən və kütləvi idman hadisəsi olan “Coca-Cola School Cup” artıq 8 ildir ki keçirilir və demək olar ki, bütün regionları əhatə edir. İndiyə kimi yarışlarda 1,5 milyondan artıq yeniyetmə iştirak edib.

Tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://youtu.be/IHvRP7gzK54

Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!