IdmanTəqdimat

Millimizin potensial rəqibləri müəyyənləşib

Avropanın ali futbol qrumu UEFA 2018-in sentyabrında startı veriləcək Millətlər Liqasında mübarizə aparacaq komandaların liqadakı rəqiblərinin ilkin siyahısını təqdim edib.

55 ölkə A,B,C və D liqasında mübarizə aparacaq ki, burada da qrupların tərkibi milli komandaların UEFA-nın reytinqində mövqeyinə əsasən müəyyənləşəcək.

“C” liqasında qərarlaşan komandaların ümumi tərkibi isə belədir: Yunanıstan, Rumıniya, Sloveniya, İsrail, Serbiya, Danimarka, Bolqarıstan, Albaniya, Şotlandiya, Çernoqoriya, Norveç, Litva, Azərbaycan, Kipr, Ermənistan. UEFA Millətlər Liqası — milli komandalar arasında DÇ-2018-dən sonra təşkil ediləcəyi güman olunan futbol turniridir. Bu turnirin yığmalar arasında təşkil edilən beynəlxalq yoldaşlıq matçlarını əvəzləməsi müzakirə mövzusudur.

Yarışın iki ildən bir keçirilməsi planlaşdırılır. Liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra noyabrın 17-də bəlli olacaq. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda isə liqalarda “Dördlər finalı” baş tutacaq. Parvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!