FutbolIdman

Millimizin yeni şüarı: “Biz birlikdə güclüyük!”

Futbol üzrə Azərbaycan milli komandasının yeni şüarı açıqlanıb.

Frame.az AFFA-nın “Facebook”dakı rəsmi səhifəsinə istinadla xəbər verir ki, bu, “Biz birlikdə güclüyük!” şüarıdır.

Yığmanın oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcəyi üçün AFFA onların mənəvi dəstəyini hiss etdirmək məqsədilə yığmanın yeni mövsümündə köhnə-yeni şüarından istifadə edəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasının birinci turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan millisi üç gün sonra səfərdə Kiprin qonağı olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!