IdmanTəqdimat

Mingəçevirdə “Avropa idman həftəsi” festivalı start götürüb

Oktyabrın 28-də Mingəçevir şəhərində “Avropa idman həftəsi” layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə festival start götürüb.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, festivala 14 rayon və şəhərin həvəskar idmançıları qatılıblar.

Bu gün festival iştirakçıları mini futbol və basketbol növləri üzrə yarışlarda iştirak edirlər.

Növbəti günlərdə iştirakçılar stolüstü tennis, avarçəkmə, voleybol, roller, skeytbordinq, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyündə, eləcə də “Çempion” əyləncəli oyunlar və xüsusi Olimpiya proqramı çərçivəsində keçiriləcək yarışlarda mübarizə aparacaqlar.

“Avropa idman həftəsi” festivalı oktyabrın 31-dək davam edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!