TəqdimatƏn Son

MİRF 2016 yoldadır!

MIRF - FB_event cover (1)Milli İnsan Resursları Forumunun (MİRF) təşkilat komandası, 2016-cı ildə keçiriləcək Forumun hazırlıqlarına başlandığını elan edib. MİRF, insan resursları sahəsinə marağı olan insanları bir araya gətirmək və peşəkar müzakirələrin aparılmasını təmin etmək üçün təşkil olunan tədbirdir.

İlk dəfə 2015-ci ildə keçirilmiş olan MİRF-in keçən ilki  tədbiri 142 fərqli şirkətdən 250 nəfərdən çox iştirakçını bir araya toplamışdır. Onların arasında əsas yeri şirkət rəhbərləri, İR menecerləri və mütəxəssisləri, universitet rəsmiləri və tələbələr, eləcə də bir sıra media nümayəndələri tutmuşdur.

 

Forumda Azərsun Holding, Bank of Baku, Ziraat Bank Azərbaycan, Unimac, Araz və Neptun Supermarketlər şəbəkələrinin İR üzrə əməkdaşları Azərbaycanda İnsan Resursları (İR), İR-da ən son trendlər, İR-də problemlər və həlli yolları mövzulu çıxışlarla öz biliklərini dinləyicilərlə bölüşmüşdür. Tədbirə bir çox media nümayəndələri də maraq göstərmiş və forum sosial mediada və KİV-də geniş müzakirə olunmuşdur.

 

MİRF təşkilat komandası İR sahəsinin davamlı inkişafını təmin etmə arzu və istəyi ilə bu ilki forumu da dinləyicilər üçün faydalı və maraqlı bir şəkildə təşkil etməyi qarşısına məqsəd qoyduğunu bildirir. 22 oktyabr 2016-cı ildə, Park Inn oteldə keçiriləcək MİRF 2016-da,sahəsinin mütəxəssisi olan spikerlər “İnsana dəyər” şüarı altında öz təcrübələrini  tədbir iştirakçılarıyla paylaşacaqlar. Tədbir haqqında daha geniş məlumat almaq və əməkdaşlıq etmək istəyənlər www.azmirf.com internet səhifəsindən və  facebook səhifəsi üzərindən təşkilat komandası ilə əlaqə saxlaya bilərlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!