PR-TanıtımSağlamlıqTəqdimat

Miri Yusif “LOR Hospital”ın reklam çarxına çəkildi

Əməkdar artist Miri Yusif “Referans Sağlamlıq Qrupu”n daxilində fəaliyyət göstərən “LOR Hospital”ın reklam çarxına çəkilib.
Frame.az xəbər verir ki, “Fairmont Hotel”də keçirilən təqdimat mərasimində ifaçının “Referans Sağlamlıq Qrupu”n siması seçildiyi rəsmi şəkildə açıqlanaraq 1 illik əməkdaşlıq müqaviləsi bağlanıb. Tədbirin aparıcısı Azər Süleymanov bildirib ki, şirkət yaxın 1 il ərzində Miri Yusiflə birgə əməkdaşlığının davamı olaraq silsilə layihələr təqdim edəcək.
“Referans Sağlamlıq Qrupu”n icraçı direktoru Ariz Cəbrayılovun sözlərinə görə, şirkətin tərkibində 3 klinika – “Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik”, “LOR Hospital” və “Leyla Şixlinskaya Hospital” fəaliyyət göstərir: “Əsas məqsədimiz Beynəlxalq Səhiyyə Sisteminə inteqrasiya edərək pasiyentlərimizə ən dəqiq laborator, poliklinik və cərrahi xidmətlər göstərən mərkəzlərdən birinə çevrilməkdir. Məsuliyyətimizi dərk edərək çalışırıq ki, hər zaman yüksək səviyyəli xidmət göstərək və hər kəsin etibar etdiyi ünvan olaq”.
Tədbirin davamında Miri Yusiflə ilk işbirliyinin nəticəsi olaraq müğənni ilə yanaşı, aktrisa Səbinə Məmmədova və “Best Model of the Azerbaijan 2019” müsabiqəsinin 2-cisi Elvin İsmayılovun da çəkildiyi reklam çarxı qonaqlara təqdim olunub.
Qeyd edək ki, tədbirdə Fəxriyyə Xələfova, Sevinc Əliyeva, Ülviyyə Xəlilbəyli, Lalə Azərtaş, Riad Abdulov, Könül Muxtarova, Ülvi Həsənli, Səfa Mehdi və digər tanınmış şəxslər iştirak ediblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!