FutbolIdman

Misirin futbol yığması 2018-ci ilin dünya çempionatına vəsiqə qazanıb

Misirin futbol yığması 2018-ci ilin dünya çempionatına seçim turnirinin üçüncü mərhələsində Konqo komandasına qalib gəlib və Rusiyada təşkil olunacaq çempionata vəsiqə qazanıb.

Frame.az xəbər verir ki, İsgəndəriyyə şəhərində keçirilən E qrupunun oyunu Misir komandasının xeyrinə (2:1) başa çatıb. İngiltərə “Liverpul”unun hücumçu kimi də fəaliyyət göstərən yarımmüdafiəçisi Məhəmməd Saleh 63-cü dəqiqədə hesabı açıb. O, ikinci hissəyə əlavə edilmiş vaxtın 5-ci dəqiqəsində cərimə zərbəsindən qələbə qolunu vurub. Konqo yığmasında isə Arnold Buka Mutu 88-ci dəqiqədə topu rəqib komandanın qapısından keçirib.

Beləliklə, Misir yığması 12 xal toplayıb və Afrikada keçirilən seçim turu başa çatmamış qrupda birinci yerə çıxıb. Komanda çempionatda sonuncu dəfə 1990-cı ildə iştirak edib.

Misir və Konqo futbolçularının oyununu 86 min tamaşaçı izləyib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!