Baku 2017

Misirli stend atıcısı çempion oldu

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında stend atıcılığının səngər növü üzrə yarışın qalibi müəyyənləşib.

Frame.az xəbər verir ki, hesabına 40 xal yazmağa müvəffəq olan Misir idmançısı Əhməd Kamar qızıl medal qazanıb. Qalibdən cəmi 1 xal az toplayan Türkiyə komandasının üzvü Oğuzxan Tuzun ikinci yeri tutub. Yarışı 33 xalla bitirən Qatar idmançısı Nasser Əli Əl Həmaidi bürünc medala yiyələnib.

Azərbaycanı bu növdə təmsil edən Əli Hüseynli cəmi 20 xal toplaya bilib. Bu isə ona yalnız 5-ci olmağa yetib. Digər iki idmançımıza gəlincə, Ramil Rüstəmzadə və Əlimirzə Quliyev təsnifat mərhələsində uğursuz çıxış edərək mübarizəni erkən dayandırıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!