Miss & Mister Grand Azerbaijan 2018 Gözəllik müsabiqəsinin möhtəşəm final mərhələsi baş tutub

05 Iyul 2018-ci il tarixində Elektra Events Hall-da  Miss & Mister Grand Azerbaijan 2018 Gözəllik müsabiqəsinin möhtəşəm final mərhələsi baş tutub.

10 xanım və 10 bəy finalist 7 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparıblar.

Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub.

Müsabiqə finalistləri tamaşaçılara bir neçə parlaq defile təqdim ediblər. Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar.

Yekunda finalist xanımlar ziyafət geyimlərində, bəylər isə ciddi kostyumlarda podiumda peyda olublar.

Təşkilatçılar müsabiqəni finalistlərin moda nümayişi ilə məhdudlaşdırmayıblar. Onlar kiçik viktorinalar da təşkil ediblər ki, finalistlər təsadüfi suallara cavab verərək öz bacarıqlarını nümayiş etdirsinlər.

Münsiflərin toplantısından və səslərin sayılmasından sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. Miss Grand Azerbaijan tituluna Ayşə Qarayeva sahib olub. Mister Grand Azerbaijan Nuru Əhmədov olub. 1st runner up Miss Grand Azerbaijan adını Pərvin Əliyeva qazanıb. 1st runner up Mister Grand Azerbaijan Fərid Əliyev olub. Üçüncü yeri və 2nd runner up Miss Grand Azerbaijan adı Aydan Yeşildağa, 2nd runner up Mister Grand Azerbaijan adı isə Ağasəlim Mikayılova verilib.

Digər iştirakçılar isə Miss/Mister Grand Photomodel 2018, Miss/Mister Grand Catwalk 2018, Miss/Mister Grand Physic 2018, Miss Grand Sharm 2018 və Mister Grand Style 2018 nominasiyalarında mükafatlar alıblar.

Gecənin qonaqlarına maraqlı musiqi proqramı təqdim edilib, müsabiqə qaynar diskoteka ilə başa çatıb.

Miss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi info dəstəkçiləri – Day.az, Milli.az, MyVideo, Trend.az, Frame.az, Sputnik.az, Azernews.az, Publika.az, Global News Azerbaijan, Friday.az, Danisir.az, Oxu.az və Mir tv-dir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: