EventsFashionTəqdimat

“Miss & Mister Grand Azerbaijan” gözəllik müsabiqəsinin seçmə turu maraqlı anlarla yadda qalıb

Paytaxtdakı Billionaire Lounge klubunda Miss & Mister Grand Azerbaijan gözəllik müsabiqəsinin kastinqi keçirilib. Seçmə turunda 16-27 yaş arasında model görünüşlü oğlanlar və qızlar iştirak ediblər. Qızlar üçün əsas tələb boyun 1 metr 70 sm-dən, oğlanlar üçün isə 1 metr 80 sm-dən hündür olması olub.

Müsabiqənin təşkilatçılarının bildirdiklərinə görə, kastinqdə 100-dən artıq namizəd iştirak edib. Müsabiqədə iştirak etmək istəyən oğlanların sayı qızlardan çox olub.

Xatırladaq ki, müsabiqədə yalnız daha öncə heç bir titul qazanmamış yeni başlayan modellər iştirak edə bilərlər.

Frame.az Miss & Mister Grand Azerbaijan-ın informasiya tərəfdaşıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!