“Mobil Göz Klinikası” daha 800-ə yaxın insana dəstək oldu

Yüzlərlə sosial təşəbbüsü dəstəkləyən  “Azercell Telekom” MMC-nin faydalı və orijinal layihələrindən biri “Mobil Göz Klinikası” bu ilin ilk 6 ayı ərzində həyata keçirdiyi müayinə və müalicələrin hesabatını açıqlayıb. Bu ilin yanvar-iyun ayları ərzində 800-ə yaxıninsan klinikanın pulsuz yardımından yararlanıb. Bakı şəhəri Nizamı rayonunda 41, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 43, Lökbatan qəsəbəsində 37,Bərdə rayonunda məskunlaşan 45 məcburi köçkün klinikanın həkimləri tərəfindən müayinə və mülicə edilərək, sağlamlıqlarına qovuşublar. Bundan əlavə, Abşeron rayonu, Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan 47, “Ümid yeri” sığınacağından 46, Ucar rayonu Ümumi orta internat məktəbindən 57, Sumqayıt şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbindən 54, Xaçmaz rayonu kənd orta məktəblərindən 55, Pirşağı qəsəbəsi 10 N-li internat məktəbindən 42 uşaq müayinə və müalicəyə cəlb olunub. Ismayıllı rayonu “Hüquq dünyası” humanitar ictimai birliyində aztəminatlı 42, Kürdəmir rayonunda 37,Sabunçu rayonu Rus icmasından 38,Xırdalan şəhəri1 saylı yataqxanada yaşayan 46, Yasamal rayonu”Duyğu”sosial reabilitasiya ictimai birliyindən 41, Göyçay şəhəri Gənclər ictimai birliyindən 37, Əmircan qəsəbəsi Qızıl Aypara cəmiyyətindən 38, Xırdalan şəhəri Mühəndislik universitetindən 38 nəfər pulsuz müayinədən yararlanıb.

Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan layihənin məqsədi valideyn  himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edilməsidir. Azercell-in respublika miqyaslı bu  təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir.  2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: