Möhtəşəm Miss & Mister Grand Azerbaijan müsabiqəsinə start verilib

Nəyahət ki, öz möhtəşəmliyi və yüksək təşkilatçılığı ilə qisa müddət ərzində ölkəmizə səs salacaq Miss & Mister Grand Azerbaijan müsabiqəsinə start verilib.

Müsabiqə öz fəaliyyətində yeni imkanlar, möhtəşəm performans, mövcud potensialın inkişafı və şaxələndirilməsi, milli və mənəvi dəyərlərimiz və ən əsası beynəlxalq standartlar çərçivəsində öz fəaliyyətini təmin edəcək.

Miss & Mister Grand Azerbaijan altı (6) ay müddətində fəaliyyət göstərəcək və bu fəaliyyət müddəti rəsmi açılış, dəb həftələri və nümayişlər, yarım final, maarifləndirici seminarlar, əyləncəli turlar, reklam və praktik çəkilişlərdən və ən əsası Final mərhələsindən ibarət olacaq.

Müsabiqəyə qəbul Online ərizə formu ilə başlayıb, seçim turları ilə başa çatacaq. Seçim turlarında müsabiqə şərtlərini ödəyən 20 xanım və 20 bəy iştirakçı yarım finalist adını qazanaraq müsabiqədə iştirak hüququ əldə edəcəklər.

MÜSABİQƏDƏ İŞTİRAK ŞƏRTLƏRİ :

1. Yaş həddi 16-dan 27-ə qədər

2. Boy ölçüləri Xanımlar 1.70 dən Bəylər isə 1.80 dən başlayaraq

3. Formada olan Düzgün qamət və Model siması

4. Ölkəmizdə keçirilmiş hər hansı bir model müsabiqəsində qazanılmış nəaliyyətin və ya təcrübənin olması

5. Anketi tamamlayan zaman üz simasının aydın ifadə olunduğu bir foto şəklinizi əlavə etməyi unutmayın

İştirak edəcək hər kəsə uğurlar arzu edirik!

*Online ərizə qəbulu 13.12.2017-ci il tarixindən 13.01.2018-ci il tarixinə qədər davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən hər kəs aşağıda qeyd olunan linkə http://missmistergrand.az/registration.php və ya www.missmistergrand.az rəsmi veb səifəmizə daxil olaraq Qeydiyyat bölməsində qeydiyyatdan keçə bilər.

Əlavə məlumat üçün: Whatsapp +994554084680

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: